Almaniyada azərbaycanlıların da qaldığı yataqxananı yandırmaq istədilər

Almaniyada azərbaycanlıların da qaldığı yataqxananı yandırmaq istədilər Bir qrup sakin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminə etiraz etmək üçün yataqxananı yandıracaqlarını bildiriblər.
Digər ölkələr
17 Dekabr , 2020 12:28
Almaniyada azərbaycanlıların da qaldığı yataqxananı yandırmaq istədilər

Almaniyada qaçqın yataqxanasını yandırmağa cəhd göstərən sığınacaq axtaranlara polis müdaxilə edib.

“Report”un Avropa bürosunun Türingiya Əyalət Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, ötən gün Suhl şəhərindəki yataqxanada çıxan qarşıdurma nəticəsində bir qrup sakin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminə etiraz etmək üçün yataqxananı yandıracaqlarını bildiriblər.

Bir qrup sakin bu məqsədlə yataq dəstlərini üst-üstə yığaraq, qaydaların yumşaldııması üçün yataqxana rəhbərliyinə vaxt veriblər. Əraizə polis və yanğınsöndürənlər gəlib.

Bundan əvvəl isə, yataqxana sakinləri mühafizəçiləri binadan çıxararaq, qapıları bağlayıblar. Polis və yanğınsönürənlər yataqxana qapılarını qıraraq, binaya daxil olub, etiraz edən sığınacaq axataranlara müdaxilə ediblər.

Onlardan bəziləri saxlanılaraq, ifadələrinin alınması üçün Suhl şəhər Polis İdarəsinə aparılıblar.

Polisdən verilən açıqlamaya görə, mart ayından indiyə kimi bir neçə dəfə yataqxana sakinlərinin itaətsizliyi və karantin qaydalarına qarşı çıxmaları ilə bağlı onlara məlumat daxil olub.

Faktla bağlı Suhl şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məlumat üçün bildirək ki, bu yataqxanın sakinlərinin əksəriyyəti Suriya, İraq, Əfqanıstan, İran, Ermənistan, Azərbaycan, Gürcüstan və Afrika ölkələri vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi