Almaniya Bundestaqının poçt şöbəsinə şübhəli bağlama gəlib, hadisə yerinə istehkamçılar çağırılıb.
“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Berliner Morgenpost” polis nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, əşya qeyri-adi partlayıcı və yandırıcı qurğu kimi təsnif edilib.
Hazırda mütəxəssislər bağlamanı araşdırır.