Almaniyanın hüquq-mühafizə orqanlarının azı 12 əməkdaşı Drezdendə koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərə qarşı etiraz aksiyalarında xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə polisə istinadən
Qəzetin məlumatına görə, bir gün ərzində ümumilikdə 47 qanun pozuntusu qeydə alınıb. Bunlardan 9-u asayiş keşikçilərinə hücum, 7-si təhqir, 2-si qanunsuz silah gəzdirmə və yığıncaqlardır. Etirazçılar həmçinin polisə müqavimət göstəriblər.
“Die Zeit” qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumla əlaqədar azı üç nümayişçi saxlanılıb.
Şənbə Almaniyanın bəzi şəhərlərində bir neçə min insan koronavirus məhdudiyyətlərinə qarşı etirazı ifadə etmək üçün küçələrə çıxıb. Nümayişçilər tətbiq olunmuş bütün qadağaların ləğvini tələb ediblər.