Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb

Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb Almaniya Kansleri Olaf Şoltsun Bundestaqda ölkəsinin guya pulla necə davranacağını bildiyi ifadəsi parlamentarilər arasında gülüşə səbəb olub.
Digər ölkələr
14 Noyabr , 2024 04:39
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb

Almaniya Kansleri Olaf Şoltsun Bundestaqda ölkəsinin guya pulla necə davranacağını bildiyi ifadəsi parlamentarilər arasında gülüşə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Focus Online” məlumat yayıb.

“Almaniyanın pulla yaxşı davranması ilə fəxr edirəm”, - deyə hökumət başçısı bildirib. Bundan sonra zalda gurultulu gülüşlər eşidilib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Federal Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin 2021-ci il əlavə büdcəsindən koronavirusla mübarizə üçün ayrılmış 60 milyard avronun İqlim və Çevrilmə Fondundakı ətraf mühit və iqlim layihələrinə yenidən bölüşdürülməsi barədə qərarını qanunsuz hesab edib.

Bu, Almaniyada ciddi büdcə böhranına səbəb olub. Məhkəmənin qərarı və 60 milyard avronun bloklanması səbəbindən təkcə 2024-cü il üçün adi dövlət büdcəsində 17 milyard avroluq boşluq yaranıb ki, bu da öz növbəsində 2025-ci ilin büdcəsinə təsir edib.

Son xəbərlər

Orphus sistemi