Almaniyanın Frankfurt-Mayn şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS yerli polisin tvitterdəki paylaşımına istinadən məlumat verib.
Qeyd olunub ki, hücum edən şəxs artıq saxlanılıb, əhali üçün heç bir təhlükə yoxdur. Həmçinin yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı vurğulanıb.
“Frankfurter Allgemeine Zeitung” qəzeti isə saxlanılan şəxsin narkotik maddənin təsiri altında olduğunu yazıb.
Hücum şəhərin mərkəzi vağzalının yaxınlığında baş verib, bu bölgə kriminogen vəziyyəti ilə tanınır.