Almaniyada qaçqınlar sığınacağında yanğın olub, ölən və xəsarət alanlar var

Almaniyada qaçqınlar sığınacağında yanğın olub, ölən və xəsarət alanlar var Almaniyanın Buxholts şəhərində qaçqınlar üçün sığınacaqda baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
8 İyul , 2024 23:34
Almaniyada qaçqınlar sığınacağında yanğın olub, ölən və xəsarət alanlar var

Almaniyanın Buxholts şəhərində qaçqınlar üçün sığınacaqda baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Bild" tabloid qəzeti polisin məlumatlarına istinadən məlumat yayıb.

“Ümumilikdə 20 nəfər xəsarət alıb, 8 nəfər xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğına səbəb sığınacaq sakinləri arasında baş verən dava olub.

Bildirilib ki, güman ki, Efiopiyadan olan bir qaçqın tez alışan mayeni yandırıb, nəticədə partlayış baş verib. Nəticədə həmin şəxs ölüb.

Son xəbərlər

Orphus sistemi