Almaniyanın qərb bölgəsində son günlər yaşanan daşqın və sel fəlakəti nəticəsində ölənlərin sayı 164-ə çatıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Reynland Pfalz əyalətinin Koblenz şəhər polisi bildirib.
Ölənlərin 117 nəfəri sözügedən əyalətin Arvayler dairəsindən, 46 nəfəri isə Şimali Reyn-Vestfaliya əyalətindəndir. Xəsarət alanların isə hazırda 749 nəfər olduğu bildirilir.
Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın qərb və cənub-qərb bölgələrini, habelə Belçika və Niderlandın qonşu bölgələrini çənginə alan leysan yağışları nəticəsində bir çox çaylarda suyun səviyyəsi kəskin artaraq daşqın və sel fəlakətinə səbəb olub.