Almaniya parlamentinin (Bundestaq) Cənubi Qafqazla dostluq qrupunun üzvləri yaxın günlərdə bölgəni ziyarət edəcək.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu qrupun başçısı David Vadeful Almaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
Məlumata görə, onlar Cənubi Qafqazdakı vəziyyəti, Laçın yolu ilə bağlı məsələni, Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.