Niderland polisi Amsterdamda israilli azarkeşlərə hücumda şübhəli bilinən 62 nəfərin saxlanıldığını bildirib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyi isə hadisə nəticəsində ən azı on nəfərin xəsarət aldığını bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, beş nəfər xəstəxanaya yerləşdirilib.
XİN nazir Gideon Saarın Niderlanda təcili səfər edəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.
“Ynet” portalı bildirir ki, hücum edənlərin bəziləri Fələstin bayraqlarını daşıyıb və şüarlar səsləndiriblər. Məlumata görə, təxminən 30 nəfər saxlanılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu israillilərin təxliyəsi üçün Amsterdama iki təyyarə göndərib. O, Niderland hakimiyyətindən İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qiyamçılara qarşı qətiyyətli tədbirlər görülməsini tələb edib.