Amsterdamda polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib - VİDEO

Amsterdamda polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib - VİDEO Amsterdamda məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilir
Digər ölkələr
28 Mart , 2021 21:32
Amsterdamda polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib - VİDEO

Niderlandın paytaxtı Amsterdam şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Şəhər meriyasından bildirilib ki, Muzey meydanına toplanan minə yaxın insan hökumətin koronavirusla mübarizə üçün tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb.

Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının ərazidən uzaqlaşmaq barədə çağırışlarına məhəl qoymayıblar və bu səbəbdən də polis su şırnaqlarından istifadə edib.

Son xəbərlər

Orphus sistemi