Antiqua və Barbuda hökuməti qarşıdakı üç ildə Britaniya monarxiyasının hakimiyyətdən çıxması ilə bağlı respublika referendumunu keçirməyə hazırlaşır.
"Report" xəbər verir ki, bunu ada ştatının Baş naziri Qaston Braun ITV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, referendum Antiqua və Barbuda ilə monarxiya arasında fikir ayrılığının təzahürü deyil.
“Bu, müstəqillik dövrəsini tamamlamaq, həqiqətən də suveren ölkə olmaq üçün son addımdır”, - siyasətçi bildirib.
Braun, həmçinin "yaxın üç il ərzində" səsvermə təşkil etmək niyyətində olduğunu əlavə edib.