ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə “The Times of İsrail” məlumat yayıb.
Onlar Qəzzadakı son durumu və ABŞ-nin İsrailə dəstəyini müzakirə ediblər.
Qeyd edək ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.