AP: ABŞ husiləri qlobal terrorçu təşkilatlar siyahısına qaytarmağı planlaşdırır

AP: ABŞ husiləri qlobal terrorçu təşkilatlar siyahısına qaytarmağı planlaşdırır ABŞ husiləri qlobal terror təşkilatları siyahısına qaytarmağı planlaşdırır.
Digər ölkələr
17 Yanvar , 2024 01:51
AP: ABŞ husiləri qlobal terrorçu təşkilatlar siyahısına qaytarmağı planlaşdırır

ABŞ husiləri qlobal terror təşkilatları siyahısına qaytarmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

“Bayden administrasiyası Yəməndəki İran dəstəkli husi qiyamçılarını yenidən xüsusi təhlükəli qlobal terror təşkilatları kimi təsnifatlandırmaq planlarını açıqlayacaq”, – Ağ evin qərarı ilə tanış iki nəfər və bir amerikalı rəsmi bildirib.

Agentlik xatırladıb ki, “bu addım husilərin Qırmızı dənizdə ticarət gəmilərinə onlarla hücum təşkil etdiyi bir vaxta təsadüf edir”.

Son xəbərlər

Orphus sistemi