Avropa Parlamentinin keçmiş sədr müavini həbsindən əvvəl izahat verməyə çağrılıb

Avropa Parlamentinin keçmiş sədr müavini həbsindən əvvəl izahat verməyə çağrılıb Avropa Parlamentinin (AP) Sosialistlər və Demokratların Mütərəqqi Alyansı fraksiyasının sədri İraçe Qarsiya parlamentin keçmiş sədr müavini Eva Kaylini həbsindən əvvəl izahat verməyə çağırıb.
Digər ölkələr
20 Dekabr , 2022 12:26
Avropa Parlamentinin keçmiş sədr müavini həbsindən əvvəl izahat verməyə çağrılıb

Avropa Parlamentinin (AP) Sosialistlər və Demokratların Mütərəqqi Alyansı fraksiyasının sədri İraçe Qarsiya parlamentin keçmiş sədr müavini Eva Kaylini həbsindən əvvəl izahat verməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Brüsselin "EURActiv" portalı məlumat yayıb.

Fraksiyadakı mənbə bildirib ki, İ.Qarsiya E.Kaylidən Avropa İttifaqı (Aİ) və Qətər arasında viza rejiminin liberallaşdırılması üzrə parlament komitəsinin iclasında iştirakı ilə bağlı izahat istəyib. Belə ki, AP-nin keçmiş sədr müavini bu komitənin üzvü olmasa da, iclasın yekunlarına əsasən komitədən olan deputatlara aid olmayan əlavə səslər aşkarlanıb. Bununla bağlı hətta Avropa Palamentinin deputatlarından biri Qarsiyaya Kaylinin bu addımı ilə bağlı şikayət göndərib.

Daha sonra Eva Kayli Sosialistlərin və Demokratların Mütərəqqi Alyansına daxil olan PASOK-un sıralarından xaric edilib.

Xatırladaq ki, Avropa Parlamentinin sabiq sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Son xəbərlər

Orphus sistemi