Avropa Parlamentinin (AP) bir qrup deputatı Avropa İttifaqından (Aİ) Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin ailəsinin kommersiya fəaliyyətinin tez bir zamanda araşdırılmasını xahiş ediblər.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər parlamentarilərin kollektiv məktubuna istinadən məlumat yayıb.
Müraciətin AK rəhbərinin həyat yoldaşı Heyko fon der Lyayenin şirkətinin maliyyələşdirilməsi ilə bağlı olduğu bildirilir.