ÜST-ün Suriyadakı ofisinin rəhbəri korrupsiyada ittiham olunur

ÜST-ün Suriyadakı ofisinin rəhbəri korrupsiyada ittiham olunur Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriya üzrə baş nümayəndəsi Akcemal Maqtımova korrupsiya, fırıldaqçılıq və vəzifədən sui-istifadədə ittiham olunur.
Digər ölkələr
20 Oktyabr , 2022 21:52
ÜST-ün Suriyadakı ofisinin rəhbəri korrupsiyada ittiham olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriya üzrə baş nümayəndəsi Akcemal Maqtımova korrupsiya, fırıldaqçılıq və vəzifədən sui-istifadədə ittiham olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Agentlik məxfi sənədləri nəzərdən keçirdikdən sonra müəyyən edib ki, ÜST əməkdaşları guya işçiləri Suriya hökumətinin nümayəndələri ilə müqavilələr bağlamağa məcbur edən, həmçinin təşkilatın və onun sponsorlarının vəsaitlərini qeyri-məqsədyönlü şəkildə xərcləyən Maqtımova tərəfindən təzyiq edilməsi barədə istintaqa məlumat veriblər.

Vurğulanır ki, söhbət ÜST-ün son illərdə apardığı ən böyük daxili araşdırmalardan birindən gedir. İstintaqın bitmə tarixi barədə bilgi verilmir.

“Təhlükəsizlik, məxfilik və müəyyən prosedurlara riayət etmək zərurətinə görə, biz ittihamın təfərrüatlarını şərh edə bilmərik”, - ÜST-dən AP-yə bildiriblər.

Son xəbərlər

Orphus sistemi