Argentinada isti havalar səbəbindən yüz minlərlə insan işıqsız qalıb

Argentinada isti havalar səbəbindən yüz minlərlə insan işıqsız qalıb Argentinanın paytaxtı Buenos-Ayresdə isti hava səbəbindən elektrik şəbəkələrinin sıxlığı yüz minlərlə sakin işıqsız qalıb.
Digər ölkələr
12 Yanvar , 2022 07:19
Argentinada isti havalar səbəbindən yüz minlərlə insan işıqsız qalıb

Argentinanın paytaxtı Buenos-Ayresdə isti hava səbəbindən elektrik şəbəkələrinin sıradan çıxması yüz minlərlə sakini işıqsız qoyub.

"Report" xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

Məlumata görə, 700 mindən çox sakin elektrik enerjisinin kəsilməsindən narazılıq edir.

Fasilə səbəbindən koronavirus testi və peyvənd mərkəzləri işləri dayandırmağa məcbur olub.

Qeyd edilir ki, paytaxtda havanın temperaturu 37 dərəcədir.

Son xəbərlər

Orphus sistemi