Argentinada yoluxma sayı rekord həddə çatdı

Argentinada yoluxma sayı rekord həddə çatdı Ardıcıl üç gündür ölkədə aşkarlanan yoluxmaların sayı 20 mindən çoxdur
Digər ölkələr
9 Aprel , 2021 06:34
Argentinada yoluxma sayı rekord həddə çatdı

Argentinada ötən gün ərzində aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 23 683 nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

“Report”un məlumatına görə, bunu hökumətin saytında yerləşdirilən məlumatlar göstərir.

Ardıcıl üç gündür ölkədə aşkarlanan yoluxmaların sayı 20 mindən çoxdur. Belə ki, 6 apreldə 20 870, 7 apreldə isə 22 039 nəfərdə koronavirus aşkarlanıb.

Son sutkada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 290 nəfər olub.

Ən çox yoluxma paytaxt Buenos-Ayresdə qeydə alınıb. Son 24 saat ərzində 2 364 şəhər sakininin koronavirus testi müsbət olub. Beləliklə, Argentinada pandemiya başlayandan bəri 2 473 751 nəfər virusa yoluxub və 571 22 pasiyent ölüb.

Son xəbərlər

Orphus sistemi