Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, onun idarə etdiyi avtomobil çevrilib. Hadisə zamanı sükan arxasında nazir özü olub. O, avtomobildə tək imiş.
Nazir prezidentlə iştirak etdiyi Rosario şəhərindəki tədbirdən geri qayıdırmış.
Mario Meoni 2019-cu ilin dekabrında nazir vəzifəsinə təyin olunmuşdu.