Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Krım tatarlarına dair qətnamə qəbul edib.
"Report"un Fransa bürosu xəbər verir ki, AŞ PA "Krım tatarlarının vəziyyəti" adlı qətnamədə Krım tatarlarının vəziyyətindən narahatlığını ifadə edib.
Sənəddə onların hüquqlarının kobud şəkildə və mütəmadi olaraq pozulması halları pislənilib: "Krım tatarlarının hüquqlarının pozulması, onlara qarşı asayiş keşikçiləri tərəfindən tətbiq olunan qeyri-insani rəftar, işgəncə hallarının artması haqqında məlumatlar daxil olmaqda davam edir", - sənəddə bildirlir.
AŞ PA həmçinin onlara qarşı tətbiq edilən məhdudiyyətlərdən, habelə fikir və toplaşma azadlıqlarının pozulması hallarından da narahatlığını ifadə edib: "Belə hallar beynəlxalq insan hüquqları normalarının, habelə insan hüquqları üzrə Avropa konvensiyasının pozulmasına gətirib çıxarır", - qətnamədə vurğulanır.