NATO Asiya və Afrika ölkələrini üzvlüyə qəbul etməyi nəzərdə tutmur.
“Report” “El Mundo”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.
“NATO öz təsisat sənədində Avropa ilə Şimali Amerikanın birliyi olduğunu bəyan edib. Təşkilatın kənara genişlənməsi, yaxud Asiya və Afrika ölkələrinin üzvlüyə qəbul edilməsi kimi planlar yoxdur. NATO regional təşkilat olub və elə qalacaq” – deyə, o qeyd edib.
Bundan əlavə, NATO-nun Çini düşmən olaraq dəyərləndirmədiyi də diqqətə çatdırılıb: “Biz silahlar üzərində nəzarət, iqlim dəyişikliyi kimi məsələlərdə Çinlə də əməkdaşlıq etmək niyyətindəyik”.