Atlantik okeanda tropik "Beta" fırtınası formalaşıb.
“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi bildirib.
Mərkəzin məlumatına görə, tropik fırtınanın daxilində küləyin sürəti 18 m/saniyəyə çatır. O, təxminən Meksikanın Tampiko liman şəhərindən 545 kilometr şimal-şərqədir.
"Beta" 15 km/saat sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Gözlənildiyi kimi, fırtına bazar günü axşam istiqamətini dəyişəcək və bazar ertəsi Meksika körfəzinin qərb sahilinə yaxınlaşacaq.
Atmosfer hadisəsi tropik fırtına kimi təsnif edilir və əgər onun hüdudlarında küləyin sürəti təxminən 17,5 m/saniyəyə çatsa, şəxsi ad alır. Küləyin sürəti 33 m/saniyə və daha çox olduqda fırtına qasırğaya çevrilir.