Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, sayca yeddinci sanksiyalar paketini müzakirə edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bu sanksiyalar çərçivəsində rusiyalılara Şengen vizalarının verilməsinin qadağan edilməsi təklif olunur.
Xatırladaq ki, bundan əvvəl Estoniyanın Baş naziri Kaya Kallas Aİ ölkələrini Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağa çağırıb.