Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib - YENİLƏNİB-2

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib - YENİLƏNİB-2 Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə məşğul olduqları iddia edilən 8 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların qəbul edilməsi barədə ilkin razılığa gəlib.
Digər ölkələr
19 Oktyabr , 2022 20:06
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib - YENİLƏNİB-2

Avropa İttifaqı ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sanksiyalara səbəb Tehranın Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməsidir.

16:50

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə məşğul olduqları iddia edilən 8 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların qəbul edilməsi barədə ilkin razılığa gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Avropalı diplomatlar agentliyə bildiriblər ki, "qara siyahı"ya salınmış şəxslərin adları gün ərzində səfirlərə təqdim olunacaq.

11:24

Avropa İttifaqı (Aİ) Rusiyaya silah satması iddiası ilə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb və onu İttifaqa üzv ölkələrlə razılaşdırmağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Aİ rəsmiləri və diplomatlarına istinadən yazır. Nəşrin məlumatına görə, 5 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq oluna bilər.

"Diplomatlar bu gün və ya ən pis halda, cümə axşamı, eləcə də cümə günü keçiriləcək Aİ liderlərinin sammiti öncəsi yeni paketi razılaşdırmağa ümid edirlər", - qəzet yazır.

Yüksək vəzifəli məmur deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha tez həyata keçirilə bilər. Çünki İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır.

Xatırladaq ki, daha əvvəl ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının növbəti qapalı iclasında İranın Rusiyaya Ukraynada istifadə edilən PUA-ların tədarükü məsələsini qaldırmaq niyyətində olduğu barədə xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi