Sentyabrın 12-də Avropa İttifaqı Şurası Avropa Komissiyasının ardınca Rusiya ilə sadələşdirilmiş viza rejiminin ləğvi ilə bağlı sənədi təsdiq edə bilər.
Bu barədə “Report” mətbuata istinadən xəbər verir.
Sadələşdirilmiş sistemin dayandırılması rüsumun 35 avrodan 80 avroya qədər qalxması və rəsmiləşdirmə müddətinin 10 gündən 45 günə qədər uzadılması ilə nəticələnəcək.
Bundan əlavə, Şengen vizası üçün müraciət edən Rusiya vətəndaşları daha çox sənəd təqdim etməli olacaqlar.