Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
“Report” xəbər verir ki, bunu o, tviterdə yazıb.
Ş.Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacağam”, - Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb.
Ş.Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.