Avropa İttifaqında COVID-19-a dair vahid test sistemi tətbiq oluna bilər

Avropa İttifaqında COVID-19-a dair vahid test sistemi tətbiq oluna bilər Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişel birlik ölkələrində COVID-19 virusu ilə bağlı vahid test, o cümlədən yoluxanları tez ayırd edəcək sürətli test tətbiqinə dair təklif verib.
Digər ölkələr
28 Oktyabr , 2020 14:18
Avropa İttifaqında COVID-19-a dair vahid test sistemi tətbiq oluna bilər

Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişel birlik ölkələrində COVID-19 virusu ilə bağlı vahid test, o cümlədən yoluxanları tez ayırd edəcək sürətli test tətbiqinə dair təklif verib.

“Report” xəbər verir ki, Fransanın RTL radiosuna müsahibə verən şura sədri mövcud məlumatlara əsasən, bu ilin sonundan, yaxud gələn ili əvvəllərindən 3 və ya 4 peyvəndin kütləvi istifadəyə çıxarılacağını bildirib.

Onun fikrincə, Avropa İttifaqının daxili sərhədlərini bağlamaqla koronavirusun ikinci dalğasının qarşısını almaq mümkün olmaz: “Virusun ikinci güclü dalğası ilə üzbəüz qalsaq da bu virusun özü barədə hələ çox şeyi bilmirik, müəmmalar qalır”.

Diplomat qeyd edib ki, bir çox üzv ölkələrdə yenidən ümumi və sərt karantin tədbirlərini tətbiq etmək gündəmə gətirilib: “Lakin belə addım çox ciddi iqtisadi, sosial, psixoloji fəsadlara səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi