Avropa Məhkəməsi Polşaya qarşı cərimə sanksiyası tətbiq edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qətnaməsinə əsasən Polşa Ali Məhkəməsinin İntizam Palatası ləğv edilənədək bu ölkənin hökuməti Avropa Komisiyasına gündəlik 1 milyon avro ödəməlidir.
Xatırladaq ki, bu il iyul ayında Avropa Məhkəməsi Polşa Ali Məhkəməsi İntizam Palatasının fəaliyyətini və qanunlardakı bəzi müddəaların dayandırılmasını hakimlərin müstəqilliyinə xələl gətirən hal kimi dəyərləndirərək sözügedən palatanın ləğv olunmasını zəruri hesab edib.