Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketi üzərində işləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Yeni sanksiyalar paketinin təfərrüatı hələ açıqlanmayıb.
Qeyd edək ki, Avropa İttifaqı bundan əvvəl Rusiyaya qarşı 8 sanksiya paketi qəbul edib. Buna səbəb Rusiyanın bu ilin fevralında Ukraynada başlatdığı müharibədir.