Avropa Parlamenti Aİ-ni Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə çağırır

Avropa Parlamenti Aİ-ni Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə çağırır Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.
Digər ölkələr
19 Sentyabr , 2024 17:11
Avropa Parlamenti Aİ-ni Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə çağırır

Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.

“Report” bu barədə Avropa Parlamentinə istinadən xəbər verir.

Bu gün səs çoxluğu (425 lehinə, 131 əleyhinə, 63 bitərəf) ilə qəbul edilən qətnamədə vurğulanır ki, Ukrayna mövcud məhdudiyyətlər aradan qaldırılmadan özünümüdafiə hüququndan tam istifadə edə bilməyəcək. Rusiyanın əhaliyə və infrastruktura hücumlarına qarşı həssas qalacaq.

Parlamentdə qeyd ediblər ki, kifayət qədər silah və sursat tədarük edilməməsi, eləcə də onların istifadəsinin məhdudlaşdırılması indiyədək görülən səylərə zərbə vura bilər. Bundan başqa, deputatlar Aİ ölkələrinin Ukraynaya hərbi yardımı azaltmasından təəssüfləndiklərini bildiriblər.

Avropa Parlamentinin deputatları üzv dövlətləri Ukraynaya bir milyon patron tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməyə və “TAURUS” qanadlı raketi də daxil olmaqla silah, hava hücumundan müdafiə sistemləri və sursatların çatdırılmasını sürətləndirməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi