Avropa Parlamenti (AP) Brüssel və Strasburqdakı iqamətgahlarına Rusiya diplomatlarının və dövlət məmurlarının girişinə qadağa qoyub.
“Report” xəbər verir ki, bunu AP prezidenti Roberta Metsola tviter hesabında bildirib:
“Bu gündən etibarən, Rusiya və Belarus diplomatları, hökumət rəsmilərinin Avropa Parlamentinin binalarına daxil olmaları qadağandır. Demokratiya Evində demokratik düzəni dağıtmaq istəyənlərə yer yoxdur”.