Avropa Sülh Fondunun maliyyə tavanı 2 milyard avroya qədər artırılıb

Avropa Sülh Fondunun maliyyə tavanı 2 milyard avroya qədər artırılıb Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün maliyyə tavanının 2 milyard avroya qədər artırılmasını təsdiq edib.
Digər ölkələr
12 Dekabr , 2022 19:06
Avropa Sülh Fondunun maliyyə tavanı 2 milyard avroya qədər artırılıb

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.

“Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər”, - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, bununla bağlı yekun qərar 2023-cü ilin əvvəlində təsdiqlənəcək.

Son xəbərlər

Orphus sistemi