Fransa sakini “EuroMillions” lotereyasında 200 milyon avro məbləğində vəsait udub.
“Report” “The Mirror”a istinadən xəbər verir ki, bu, Fransada və həmin beynəlxalq lotereyanın fəaliyyət göstərdiyi dövrdə ən böyük uduşdur. Uduş sahibi 60 gün ərzində özünü təqdim edərək pulunu götürməlidir.
Əvvəlki rekord ötən il Böyük Britaniya vətəndaşı tərəfindən 190 milyon avroya yaxın məbləğdəki uduş olub. Fransada isə bundan əvvəlki rekord 2012-ci ildə 170 milyon avro təşkil edib.