Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan "omikron" ştamının - BA.4 və BA.5 alt növləri səbəb olur.
"Avropa ölkələrində BA.4 və BA.5 variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq", - Kavaleri bildirib.
Mütəxəssisin sözlərinə görə, hazırda "omikron" ştamının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da ağırlaşmaya səbəb olur.