Avropa Parlamentinin üzvləri Xorvatiyanın Şengen zonasına daxil olmasını dəstəkləyiblər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 534 deputat Şengen zonasına qoşulmağın lehinə, 53 deputat əleyhinə səs verib, 25 deputat bitərəf qalıb.
Bundan əvvəl Aİ Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyini açıqlayıb.