“2020-ci ildə Avropa İttifaqı ərazisində ümumilikdə 57 törədilmiş, qarşısı alınmış və uğursuz terror aktı qeydə alınıb. Bundan əlavə, Böyük Britaniya 62 terror insidenti, İsveçrə isə radikal islamçıların 2 mümkün hücumu barədə bildirilib. Bu o deməkdir ki, 2020-ci ildəki hücumların sayı 64-ü Britaniyada olmaqla, ümumilikdə 119 hücumun qeydə alındığı 2019-cu illə eynidir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu faktlar Avropa Polis Agentliyinin (Avropol) çərşənbə axşamı yayılan hesabatında göstərilib.
Qeyd olunub ki, 2020-ci ildə Aİ-də terror hücumları nəticəsində 21 nəfər ölüb.
“Daha üç nəfər Birləşmiş Krallıqda, bir nəfər isə İsveçrədə ölüb. Fransada məktəb müəlliminin məqsədyönlü şəkildə öldürülməsi istisna olmaqla, qurbanların təsadüfi şəkildə ideoloji əsasda düşmən kimi müəyyən olunmuş əhalinin nümayəndələri olaraq seçildiyi görünür”, - Avropoldan bildiriblər.