Avstraliya 3,5 milyard ABŞ dolları dəyərində 75 “M1A2 Abrams” tankının və zirehli texnikanın alınmasına dair rəsmi Vaşinqtonla razılaşma əldə edib.
“Report” xəbər verir ki, Bu barədə “The Hill” nəşri məlumat yayıb.
Ümumilikdə, Avstraliya 120 ədəd texnika alacaq. Razılaşma çərçivəsində ilk texnika tədarükü 2024-cü ildə baş tutmalıdır.
Avstraliyanın yaxın illərdə zirehli texnika alınmasına 30-42 milyard ABŞ dolları xərcləyəcəyi gözlənilir.
Nəşr yazır ki, bu razılaşma Hind-Sakit okean regionunda Çinə qarşı ABŞ və Avstraliya hərbi alyansının güclənməsinin daha bir sübutudur. Belə ki, ötən il ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli AUKUS tərəfdaşlığının yaradıldığını bəyan etmişdilər. Bu tərəfdaşlıq çərçivəsində ilk böyük təşəbbüs Avstraliya üçün atom sualtı qayıqlarının hazırlanması haqqında bəyanat olub.