Avstraliya Federal Parlamentinin binası ziyarətçilər üçün bağlanıb.
"Report" xəbər verir ki, bu barədə SBS telekanalı məlumat yayıb.
Buna səbəb bu həftə binaya daxil olan bir şəxsin koronavirus testinin müsbət çıxmasıdır.
Məlumata görə, söhbət Yaşıllar Partiyasının lideri Adam Bandtın tabeliyində olan şəxslərdən gedir. Onun koronavirusa qarşı tam peyvənd olunduğu dəqiqləşdirilir.
Gələn həftədən etibarən binaya girişə yalnız məsafədən işləmək imkanı olmayan işçilərə icazə veriləcək. Maskaların taxılması yenidən məcburi olacaq.