Avstraliya Fələstin-İsrail böhranı fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marlz bildirib.
"Yaxın Şərqə daha iki təyyarə, üstəlik ekipaj və yardımçı heyət göndərdik", - nazir deyib. Marlz Avstraliya Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki hərbi təyyarələrinin ümumi sayının üçə yüksəldiyini və əlavə olaraq böyümüş kontingenti idarə etmək üçün "komanda heyətinin sayının artdığını" qeyd edib.
Müdafiə naziri qeyd edib ki, operativ səbəblərə görə Avstraliya hərbçilərinin harada yerləşdiyini dəqiq deyə bilməz, lakin onların Yaxın Şərqdə mövcudluğunun"münaqişə kəskinləşəcəyi təqdirdə bölgədə yaşayan Avstraliya vətəndaşlarını qorumaq üçün fövqəladə bir tədbir olduğunu" qeyd edib.
Marlz həmçinin vurğulayıb ki, Avstraliya Hərbi Hava Qüvvələri Yaxın Şərqə iki növ təyyarə göndərib.
"Biz artıq regionda bu iki növ təyyarəni idarə etmişik, lakin indi nəzərə alırıq ki, A330-200 MRTT də sərnişin daşıya bilir", - nazir bildirib.