Avstraliyanın cənub-şərqindəki Melburn şəhərində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, 4 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.
Məlumata görə, hücum edən 31 yaşlı kişidir. "Polis ətrafdakılara hücum edən Meltonlu bir kişini həbs etdi", - ştatın polis idarəsi bildirib. Hadisə ilə bağlı ilkin araşdırmadan sonra hücumun terror olduğu tamamilə istisna edilir.
Hücum zamanı iki kişi və iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri - 31 yaşlı qadının vəziyyəti ağırdır.
Silahlı şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Polis əməkdaşları onun digər cinayətlərdə iştirakını yoxlayır.