Avstriyada koronavirusla mübarizə çərçivəsində gələn həftə sərt məhdudiyyətlər tətbiq ediləcək.
"Report" bu barədə "TASS"a istinadən xəbər verir.
Yeni qaydalara görə, kütləvi idman və mədəni tədbirlərə qatılmaq üçün peyvənd olunmuş və ya sağalmış xəstələr mütləq onlarla birlikdə koronavirusa görə PCR testi keçməlidirlər.
Həmçinin, bütün qapalı ictimai yerlərdə FFP2 respiratorları tələb olunacaq.
Bununla yanaşı, gecə barları, 25-dən çox insanın iştirak etdiyi toplantılarda iştirak etmək istəyənlər PCR təqdim etməli olacaqlar. Bu test yalnız 48 saat etibarlı olacaq.