Avstriya kansleri Sebastian Kurts Əfqanıstandan olan qaçqınların qəbulunun əleyhinə çıxış edib.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
"Mən birmənalı şəkildə könüllü olaraq daha çox adam qəbul etməyimizin əleyhinəyəm, nə qədər ki, kanslerəm, bu, olmayacaq", - Kurts "Avstriya Puls 24" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Avstriya artıq 40 mindən çox Əfqanıstan qaçqınını qəbul edib.
Kansler qeyd edib ki, Əfqanıstanın daxilində əhaliyə kömək etmək daha yaxşıdır.