Avstriyada İranın nüvə sazişi üzrə danışıqlar keçiriləcək

Avstriyada İranın nüvə sazişi üzrə danışıqlar keçiriləcək Avqustun 4-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların yeni raundu keçiriləcək.
Digər ölkələr
3 Avqust , 2022 17:42
Avstriyada İranın nüvə sazişi üzrə danışıqlar keçiriləcək

Avqustun 4-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların yeni raundu keçiriləcək.

Bu barədə “Report” “Politico” nəşrinə istinadən xəbər verir.

Bundan əvvəl İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kaninin Avstriya paytaxtına səfər edəcəyi ilə bağlı məlumat yayılıb. Həmçinin Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Moranın avqustun 3-də nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Vyanaya yollandığı barədə xəbər verilib.

Son xəbərlər

Orphus sistemi