Avstriyanın eks-kansleri deputat toxunulmazlığından məhrum edilib

Avstriyanın eks-kansleri deputat toxunulmazlığından məhrum edilib Avstriya Milli Şurası (parlamentin aşağı palatası) keçmiş kansler və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsun deputat toxunulmazlığını ləğv edib.
Digər ölkələr
18 Noyabr , 2021 22:35
Avstriyanın eks-kansleri deputat toxunulmazlığından məhrum edilib
Sebastyan Kurs
0 : 00
0 : 00

Avstriya Milli Şurası (parlamentin aşağı palatası) keçmiş kansler və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsun deputat toxunulmazlığını ləğv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, deputatlar yekdilliklə bu qərarı təsdiqləyiblər.

Qeyd edək ki, oktyabrın 9-da Avstriyanın Federal Kansleri Sebastyan Kurts vəzifəsindən getdiyini açıqlayıb.

Kurts bildirib ki, Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda vəzifəsindən istefa verib.

Keçmiş kansler partiyası və özünün siyasi fəaliyyətinə dair müsbət ruhlu məqalələrin dərci üçün rüşvət verməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi