Avstriyanın yeni kansleri dekabrın 6-da and içəcək

Avstriyanın yeni kansleri dekabrın 6-da and içəcək Avstriya Xalq Partiyasının yeni lideri Karl Nehammer dekabrın 6-da kansler kimi and içəcək.
Digər ölkələr
4 Dekabr , 2021 21:45
Avstriyanın yeni kansleri dekabrın 6-da and içəcək

Avstriya Xalq Partiyasının yeni lideri Karl Nehammer dekabrın 6-da kansler kimi and içəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Prezident Aleksander Van der Bellen də Nehammerin təklif etdiyi yeni nazirlərlə birlikdə and içəcək.

Dekabrın 3-də hökumət koalisiyasına daxil olan Avstriya Xalq Partiyasının Rəyasət Heyəti Yaşıllar partiyası ilə birlikdə Sebastyan Kurtsun yerinə daxili işlər naziri Karl Nehammeri təyin edib.

Son xəbərlər

Orphus sistemi