ABŞ prezidenti Cozef Baydenin administrasiyası İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanini İranın öz ərazisindən İsrailə hücumunun qarşısını almağa çağırıb, əks halda rəsm Tel-Əvivl Bağdada cavab hücumu təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Əgər siz bunu etməsəniz, biz İsrailin İraqa hücum etməsinə mane ola bilməyəcəyik”, - portal Bayden administrasiyasının rəsmisinin İraqın Baş nazirinə çatdırdığı bəyanatdan sitat gətirib.
Mənbələrin məlumatına görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibi Entoni Blinken İranın İsrailə planlaşdırdığı hücumu müzakirə ediblər.
Onlar Məhəmməd Şiya əs-Sudaniyə deyiblər ki, o, yəhudi dövlətindən qisas almaq istəyən İranın öz ərazisindən İsrailə hücum etməsinə icazə verməməlidir.