“Ukraynanın bütün işləyən atom elektrik stansiyaları (AES) yenidən milli energetika sisteminə çıxış əldə edib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisində fəaliyyət göstərən bütün AES-lər, o cümlədən “Zaporojye” AES bu həftənin əvvəlində elektrik enerjisi təminatının tamamilə itirilməsindən sonra yenidən milli energetika sisteminə çıxış əldə ediblər.