İraqın paytaxtı Bağdaddakı beynəlxalq hava limanı atəşə tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, aeroporta 6 raket atılıb. Onlardan bəzilərinin uçuş-enmə zolağına və aeroport binasına yaxın düşdüyü bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.