İraqın paytaxtı Bağdadın "Yaşıl zona"sı raket atəşinə tutulub, nəticədə bir uşaq həlak olub, daha beş nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti "Facebook"dakı səhifəsində bildirib.
Qeyd edilir ki, dövlət orqanlarının, xarici diplomatik missiyaların olduğu "Yaşıl zona"ya və ətraf ərazilərə yeddi raket düşüb.
"Yeddi raketdən dördü "Yaşıl zona"ya, üçü onun hüdudlarından xaricə düşdü, həmin üç mərmidən biri havada partladı", - xəbərdə deyilir.
İraqın güc strukturlarının məlumatına görə, atəş nəticəsində azyaşlı qız həlak olub. Zərərçəkənlər dinc sakinlərdir.