İraqın paytaxtı Bağdadın Kazımiyyə rayonunda insanların sıx toplaşdıqları ərazidə qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təhlükəsizlik Xidməti yayıb.
Hadisə iyunun 4-də gecə saatlarında Kazımıyyədə Bab-əl Murad adlı restoranın yaxınlığında baş verib.
Ölənlərin və yaralananların sayının artacağı ehtimal edilir. Hadisənin terror hücumu nəticəsində baş verdiyi istisna olunmur.